"LG" şirkətlər qrupunun prezidenti vəfat edib

Bakı. 20 may. REPORT.AZ/ Cənubi Koreyada "LG" şirkətlər qrupunun sədri Ku Bon Mu vəfat edib.

“Report” xəbər verir ki, bu barədə "Ryonhap" agentliyi məlumat yayıb.

Böyüklüyünə görə dördüncü konqlomerata 23 il rəhbərlik edən Ku Bon Mu Seulda dünyasını dəyişib.

Şirkətin məlumatına görə, o, 2017-ci ildə bir neçə ciddi əməliyyat keçirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10