Lavrov və Tillerson dekabrın 7-də Vyanada görüşəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 7-də Vyanada görüşəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat yayıb.

Bildirilir ki, tərəflər KXDR, Suriya və Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Digər xəbərlər

Peruda güclü zəlzələ baş verib 20 avqust, 2026 / 23:13