Latviyada ralli zamanı vertolyot qəzaya uğrayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Latviyada keçirilən "Liepaya" avtomobil yarışı zamanı vertolyot qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RA Events" nümayəndəsi Yanis Unbedaxtsa istinadən BNS nəşri məlumat yayıb.

Bildirilir ki, qəza 11-ci sürət məntəqəsinin finiş xətti yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, dhaa dördü yaralanıb.

Hadisə yerinə həkim və xilasedicilər cəlb olunub.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09