Latviya Rusiya ilə sərhəddə hasar tikintisini başa çatdırıb

Latviya-Rusiya sərhədində hasar tikintisi başa çatıb.

"Report" xəbər verir ki, bu barədə layihəyə cavabdeh olan dövlət şirkəti "Valsts Nekustamie Ipasumi" (VNI) məlumat yayıb.

"Ümumilikdə Latviya-Rusiya sərhədində texniki cəhətdən nəzərdə tutulmuş yerlərdə fasiləsiz baryer təşkil edən təxminən 280 kilometr uzunluğunda sədd inşa olunub", – məlumatda deyilir.

2024-cü ildə Latviya-Belarus sərhədi boyunca təxminən 145 km uzunluğunda səddin tikintisi başa çatdırılıb.

"Sərhədin yüksək texnologiyalı avadanlıqla təchiz olunması davam edir və bizim son məqsədimiz – Avropa İttifaqının şərq sərhədində ən müasir sərhəd xidməti yaratmaqdır", – Latviya daxili işlər naziri Rihards Kozlovskis deyib.

Qeyd olunub ki, sərhəd infrastrukturu üzrə işlər davam edir. Buraya patrul yolları, bataqlıq ərazilərdə cığırlar, eləcə də digər mühəndis obyektləri daxildir.

Digər xəbərlər