KXDR hidrogen döyüş başlığının uğurla sınaqdan keçirildiyini bəyan edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Şimali Koreya qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulan hidrogen döyüş başlığının uğurla sınaqdan keçirildiyini bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bəyanatı KXDR-in mərkəzi televiziyası yayımlayıb.

Bəyanatın yayımını Cənubi Koreyanın YTN və Yaponiyanın NHK telekanalı da həyata keçirib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09