KXDR Hava Hücumundan Müdafiə sisteminin yeni raketini nümayiş etdirib - VİDEO

Bakı. 28 may. REPORT.AZ/ KXDR-in dövlət televiziyası Hava Hücumundan Müdafiə sisteminin yeni raketini nümayiş etdirib.

"Report" xəbər verir ki, Koreyanın Mərkəzi teleqraf agentliyi (ÇTAK) düşmənin pilotsuz təyyarələrinin və raketlərinin ələ keçirilməsi istiqamətində yeni "yer-hava" raketlərinin test buraxılışı haqqında məlumat verib.

Sınaqlarda ölkə lideri Kim Çen In da iştirak edib. O, gördüklərindən razı qalıb və silahların yeni növünün seriyalı istehsalına başlamağı əmr edib.

Digər xəbərlər