Kuba hakimiyyəti 2010 məhkumu əfv edəcək

Kuba hakimiyyəti 2010 məhkuma amnistiya aktı tətbiq edəcək.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin dövlət mediası məlumat yayıb.

Qeyd olunub ki, Kuba hakimiyyəti ada həbsxanalarından 2010 məhkumu azad edəcək.

Bu, Havananın ilin əvvəlindən bəri ABŞ ilə davam edən danışıqlar fonunda elan etdiyi ikinci amnistiya aktıdır.

Digər xəbərlər