Konqoda uşaqların tapdığı bomba partlayıb, azı 15 nəfər həlak olub

Konqonun şərqində bir qrup uşağın oyun zamanı tapdıqları partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 15 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə “ABC News” xəbər verir.

Faciə cümə günü axşam, Şimali Kivu əyalətinin Masisi ərazisində yerləşən Kyanqitsi kəndində baş verib. Belə ki, bəzi sakinlər uşaqların gətirdiyi əşyanın nə olduğunu anlamağa çalışarkən, bomba partlayıb.

Qeyd edək ki, son iki həftə ərzində bölgədə yerli silahlı qruplar arasında döyüşlər olub. Artıq bir çox yaşayış məntəqələri “Vazalendo” vətənpərvər özünümüdafiə qüvvələrinin nəzarətinə keçib.

Yerli icma liderləri deyirlər ki, strateji əhəmiyyətli Kitşanqa şəhərinin hissələri indi “M23” üsyançılarını qovmuş gənc vətənpərvərlərin əlindədir.

Xəbər lenti