Konqoda hərbçilərlə toqquşma zamanı təqribən 50 nəfər qətlə yetirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Konqo Demokratik Respublikasında toqquşma zamanı hərbçilər ötən ilin avqustunda öldürülən müxalifət lideri Kamva Nsapunun 50-dən çox tərəfdarını qətlə yetiriblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Nsapunun tərəfdarları liderin ölümünə görə qisas almaq məqsədi ilə hərbçilərlə toqquşmaya giriblər.

KİV-in məlumatına görə, Mərkəzi Konqoda ölkənin təhlükəsizlik qüvvələri və Nsapu tərəfdarları arasında münaqişə səbəbindən yüzlərlə insan ölüb, minlərlə yerli sakin ölkəni tərk edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10