Koalisiya Suriya və İraqa 25 aviazərbə endirib

Bakı. 21 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya və İraqda İŞİD terror qruplaşmasının hədəflərinə 25 hava zərbəsi endirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

Məlumata görə, fevralın 19-da İraqda İŞİD yaraqlılarının mövqelərinə dördü Mosul şəhərinə olmaqla, 16 hava zərbəsi endirilib.

Bundan əlavə, dördü Əl-Hasaki yaxınlığı olmaqda Suriyaya 9 bomba atılıb.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50