Koalisiya qüvvələri İraq və Suriyada İŞİD-ə 24 aviazərbə endirib

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri bazar ertəsi Suriya və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə 24 hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bombaların 14-ü Suriya, 10-u isə İraq ərazisinə atılıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45