Ukraynanın paytaxtı Kiyevə Rusiya ordusunun dron hücumları zamanı azərbaycanlıya məxsus iri restoranlardan biri tamamilə dağılıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Natiq Quliyevə məxsus "Dubrovka" restoranı, avqustun 31-i gecə saatlarında reaktiv drona tuş gəlib.
Nəticədə restoran tamamilə dağılıb, 1 nəfər yaralanıb.