Kanadanın Baş naziri ölkə üzərində naməlum obyektin vurulduğunu açıqlayıb

Kanadanın Baş naziri Castin Trüdo Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının ölkə üzərində naməlum obyekti vurduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

C. Trüdo ABŞ Prezidenti Cozef Baydenlə vurulan obyekt ətrafındakı vəziyyəti müzakirə etdiyini vurğulayıb.

02:03

Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (ŞABAMK) Şimali Kanada ərazisi üzərində səmada bir və ya iki obyektin hərəkətini izləyir.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Global News” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu, “casus şarları ola bilər”.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50