Finlandiya və İsveç NATO-ya üzv olmaq haqqında qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə İsveçin “Expressen” və Finlandiyanın “Iltalehti” nəşrləri məlumat yayıb.
Məlumata görə, Finlandiya və İsveç hökumətləri Alyansa üzvlüklə bağlı mayın 22-də birlikdə ərizə təqdim edəcək.