KİV: Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək

İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Omanda keçiriləcək görüşdə əsas danışıqçılar kimi çıxış edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın “NourNews” agentliyi məlumat yayıb.

Daha əvvəl A.Əraqçi "X" sosial şəbəkəsindəki səhifəsində Vaşinqton və Tehran arasında aprelin 12-də Omanda birbaşa olmayan danışıqlar keçiriləcəyini bildirmişdi.

Xəbər lenti