KİV: Donald Tramp miqrantlar üçün qaydaları sərtləşdirib

Amerika lideri Donald Tramp administrasiyası ABŞ-də sığınacaq axtaranlar və bir sıra humanitar proqramların iştirakçıları üçün iş icazələrinin verilməsi qaydalarını sərtləşdirən yeni qaydanı təsdiqləyib.

"Report"un xəbərinə görə, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.

Sənədlərin etibarlılıq müddətinin əvvəlki beş il əvəzinə 18 aya endiriləcəyi bildirilir. ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) rəhbəri Cozef Edlou qərarı müraciət edənlər üzərində nəzarəti gücləndirəcəyi ilə izah edib. Onun sözlərinə görə, əcnəbilər ABŞ-də işləməyin hüquq deyil, imtiyaz olduğunu nəzərə almalıdırlar.

Edlou tədbirin 26 noyabrda Vaşinqtonda baş verən hadisəyə cavab olduğunu açıqlayıb. Həmin hadisədə Əfqanıstan vətəndaşı Rəhmanullah Laqanval Ağ Evin yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açıb. Nəticədə iki nəfər yaralanıb: 20 yaşlı Sara Bekstrom sonra ölüb, onun 24 yaşlı xidmət yoldaşı isə ağır vəziyyətdədir.

Digər xəbərlər