Kim Çen In ölkəni nüvəsizləşdirməyə hazır olduğunu bildirib

Bakı. 28 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In KXDR-in nüvəsizləşdirilməsini həyata keçirməyə hazır olduğunu bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu ABŞ prezidenti Donald Trampla görüşdə deyib.

"Mən hazır olmasaydım, burada olmazdım", — deyə Kim Çen In bildirib.

Öz növbəsində, Tramp Kim Çen Inın bəyanatını "ən yaxşı cavab" adlandırıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12