İŞİD-in İstanbulda planlaşdırdığı terror aktının qarşısı alınıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyə polisi İstanbulda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər şəhər polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, sentyabrda saxlanılan 3 döyüşçüdə 2013-cü ildə Bostonda terror aktı zamanı istifadə olunmuş partlayıcı qurğunu hazırlamaq üçün instruksiya aşkar edilib.

Saxlanılan şəxslərin üzərində həmçinin İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb. 

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50