Keniyada universitetə hücum nəticəsində 14 nəfər öldürülüb - YENİLƏNİB

Bakı. 16 yanvar. REPORT.AZ/ Keniyada yaraqlıların universitetə hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çtıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis əməkdaşlarına istnadən "Reutrs" məlumat yayıb.

Polis yaraqlıları yataqxana binasında mühasirəyə alıb.

"News24" portalının məlumatına görə, söhbət Keniyada terror aktları və partlayışlara görə məsuliyyəti öz üzərinə götürən "Əş-Şabab"dan gedir.


***18:53

Bakı. 15 yanvar. REPORT.AZ/ Keniya paytaxtı Nayrobi şəhərindəki “Dusit” hotelinin qarşısında partlayış baş verib, daha sonra isə atışma olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Milli Polisinin sözçüsü Çalz Ovino hadisə yerinə antiterror və cinayət axtarışı bölmələri əməkdaşlarının göndərildiyini bildirib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Digər xəbərlər