​Kanar adaları yaxınlığında Rusiya tankeri yanır

Bakı. 14 aprel. REPORT.AZ/ Kanar adaları yaxınlığında göyərtəsində bir neçə ton neft olan Rusiya tankeri yanır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda gəmi İspaniyanın Qran-Kanariya adasının 40 kilometrliyindədir.

Qeyd olunur ki, aprelin 12-də həmin regionda Rusiya tankerində yanğın qeydə alındığı məlum olub.

Digər xəbərlər