Kambocada binanın uçması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb - FOTO

Kambocanın cənubunda tikilməkdə olan binanın uçması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Khmer Times" nəşri bildirib.

Qeyd edilir ki, Prea-Sianukvil vilayətində baş vermiş hadisə zamanı ölənlər arasında 4 qadın da var. Məlumata görə, hadisə zamanı xəsarət alanların sayı dəyişməyib.

Polis bildirib ki, hadisə yerli vaxtla saat 05:00-da baş verib. İtkin düşənlərin axtarışları fasiləsiz davam etdirilir. Binanın dağıntıları altında 60-dək insanın qaldığı ehtimal edilir.

Hadisə yerinə ölkənin baş naziri Xun Sen gəlib. Dağıntılar altından 36 fəhləni xilas etmək mümkün olub.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09