Sərhəd bölgəsində baş verən döyüşlər səbəbindən təxminən bir milyon Kamboca və Tailand vətəndaşı təxliyə edilib.
"Report"un məlumatına görə, Kamboca Daxili İşlər Nazirliyi Tailandla sərhəddəki toqquşmalar nəticəsində 518 mindən çox vətəndaşın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Nazirliyin açıqlamasında deyilir: "Hazırda qadınlar və uşaqlar da daxil olmaqla yarım milyondan çox kambocalı Tailandın F-16 qırıcı təyyarələrinin atəşindən, raketlərindən və hava bombardmanından qaçmaq üçün evlərini və məktəblərini tərk etmək məcburiyyətində qaldıqları üçün ağır çətinliklərlə üzləşirlər".
Eyni zamanda, Tailand hakimiyyəti Kamboca ilə sərhəd bölgəsindən 400 mindən çox vətəndaşın təxliyə edildiyini bildirib.