Kamala Harris: "ABŞ Yaxın Şərqə qoşun göndərməyi planlaşdırmır"

"Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsi zonasına qoşun göndərməyi planlaşdırmır".

"Report" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib.

"Bizim heç bir niyyətimiz, İsrailə və ya Qəzzaya döyüş qoşunları göndərmək planımız yoxdur", - K.Harris deyib.

Vitse-prezident ABŞ-nin İsrailə diplomatik dəstək verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar müharibə qanunlarına hörmət edir və humanitar yardımın vacibliyinin açıq şəkildə ifadə edib.

Digər xəbərlər

Vikipediya Rusiyada bloklana bilər 27 yanvar, 2026 / 07:44