Kabildə məscid yaxınlığında törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, hadisə şahidləri paytaxtın Qala Fəthullah rayonunda partlayıcı qurğunu terrorçu-kamikadzenin işə saldığını bildiriblər.

Türkiyə KİV-inin verdiyi məlumata görə, məscid yaxınlığında həyata keçirilən partlayış nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Digər xəbərlər