İsveçdə Çin və Malayziyanın iki vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə SVT məlumat yayıb.
"Şübhələr İsveçə qarşı ciddi qeyri-qanuni kəşfiyyat fəaliyyətinə aiddir", - İsveç Dövlət Təhlükəsizlik Xidmətinin (SÄPO) nümayəndəsi Qabriel Vernstedt bildirib.
Qeyd edilib ki, onlar qanunazidd hərəkətləri 26 iyun və 1 iyul tarixləri arasında törədiblər, lakin saxlanılanların konkret olaraq nə ilə məşğul olduqları dəqiqləşdirilmir.