İsveç Ukraynaya dəstək üçün 5 milyon avro ayıracaq

İsveç NATO fondu vasitəsilə Ukraynaya dəstək üçün 5 milyon avro ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət dəftərxanasının bu gün dərc olunmuş məlumatında deyilir.

“Dəstək əsasən kimyəvi, bioloji, radioloji və nüvə təhlükələri ilə mübarizə layihələrinə yönəldiləcək”, - məlumatda vurğulanır.

Həmçinin qeyd edilir ki, vəsait NATO-nun istəyi ilə köçürülür.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12