İsrail Müdafiə Ordusu Qəzza zolağında quru əməliyyatlarına başlayacağına dair yekun qərar qəbul etməyib.
“Report” xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Riçard Xext oktyabrın 17-də keçirdiyi brifinqdə bildirib.
“Biz müharibənin növbəti mərhələsinə hazırlaşırıq. Hamı quru əməliyyatlardan danışır. Ancaq bu, fərqli də ola bilər”, - o qeyd edib.