İsrail İrandan raket hücumu barədə məlumat verib

İsrailin Müdafiə Ordusu İrandan ölkəyə doğru raketlərin atışlarını aşkarladığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun teleqram kanalındakı məlumatında bildirilir.

Ordunun məlumatına görə, raketləri zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemləri işə salınıb.

Həmçinin müvafiq ərazilərin sakinlərinin mobil telefonlarına da xəbərdarlıqlar və təhlükəsizlik təlimatları göndərilib. Hərbçilər ictimaiyyəti təhlükəsizlik orqanlarının göstərişlərini izləməyi və ehtiyat təlimatlarına əməl etməyə çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Digər xəbərlər