İsrail “Hizbullah”ın Livandakı mövqelərinə zərbə endirib

İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbə endirib.

“Report”un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri hazırda Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirir”, - bəyanatda deyilir.

Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub.

Digər xəbərlər