İsrail HƏMAS-a məxsus obyektlərə genişmiqyaslı zərbələr endirir

İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə genişmiqyaslı zərbələr endirir.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl İsrail qırıcıları HƏMAS-ın Qəzza zolağındakı obyektlərə, o cümlədən hərbi kompleksə və silah anbarına zərbə endirib. Bundan başqa, Cəbəliyədəki silahlı qruplaşma rəhbərlərinin istifadə etdiyi əməliyyat mərkəzi də hava zərbəsi ilə dağıdılıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45