İspaniyada piyada körpüsü uçub, ölənlər var

İspaniyanın şimalındakı Kantabriya muxtar icmasının Santander şəhərində piyada körpüsünün uçması nəticəsində azı dörd nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə yerli Dənizdə Xilasetmə və Təhlükəsizlik Xidməti "X" sosial şəbəkəsində bildirib.

Məlumatda bildirilir ki, daha iki itkin düşmüş şəxsin axtarışı davam edir.

EFE agentliyinin məlumatına görə, körpü yeddi gəncdən ibarət qrup onu keçərkən uçub.

Digər xəbərlər