İspaniyada sel nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər itkin düşüb

İspaniyada güclü yağışların səbəb olduğu sel fəlakəti zamanı 3 nəfər həyatını itirib, daha 3 nəfər isə itkin düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Madrid, Toledo şəhəri, Kastiliya-La Mança, Kataloniya və Valensiya regionlarında qeydə alınıb.

Təbii fəlakətlə əlaqədar Toledo şəhərində sakinlər helikopterlə təxliyə edilib. Qeyd edilir ki, ictimai nəqliyyatda çətinliklər yaranıb.

İtkin düşənlərin axtarışına başlanılıb.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03