​İŞİD silahlıları 19 İraq polisini qətlə yetirib

Bakı. 14 dekabr. REPORT.AZ/ Ötən gün, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının İraqın Əl-Vəfa şəhərinə hücumu zamanı 19 polis əməkdaşı qətlə yetirilib.

"Report" "Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə İraqın "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Digər polis əməkdaşları tələyə salınaraq binada mühasirəyə düşüblər.

"Polislər cümə günündən silahlılarla döyüşür, lakin biz döyüş sursatı azlığından təslim olmaq və şəhəri tərk etmək məcburiyyətində qaldıq. Dəhşətlisi də odur ki, heç bir dəstək olmadı və biz tamamilə tək qaldıq", - deyə şəhər meri Hüseyn Qəssar bildirib.

Digər xəbərlər