İraqın baş naziri Bağdadda vəziyyətin normallaşdığını bildirib

Bakı. 1 May. REPORT.AZ/ İraq parlamentində beş nazirin namizədliyi ilə bağlı səsvermənin iflasa uğraması nəticəsində yaranan iğtişaşlardan sonra paytaxt Bağdadda vəziyyət nəzarət altındadır.

“Report” xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi öz “twitter” səhifəsində yazıb.

“Baş nazir Əl-Abadi təsdiq edir ki, Bağdadda təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır və nümayişçiləri etiraz üçün ayrılmış xüsusi yerə qayıtmağa çağırır”, — deyə məlumatda bildirilir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09