Omanın vasitəçiliyi ilə Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
“Reuters” agentliyi mənbəyə istinadən bildirib ki, tərəflər İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasını müzakirə edirlər.
Mənbənin sözlərinə görə, İran və ABŞ nümayəndələri arasında məsləhətləşmələr regionda gərginliyin azaldılmasına, məhbus mübadiləsinə, həmçinin İranın nüvə proqramına "nəzarət" müqabilində sanksiyaların yumşaldılmasına yönəlib.