Suriyadan atılan raket İordaniyanın üzərində partlayıb.
“Report” xəbər verir ki, bu barədə PETRA xəbər agentliyi məlumat yayıb.
“Şənbə günü yerli vaxtla saat 22:25-də Suriya ilə sərhədə bitişik Vadi Əqrab bölgəsində raketin havada partlaması nəticəsində onun parçaları əraziyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, maddi ziyan dəyməyib”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, krallığın silahlı qüvvələri İsraillə Suriya arasında gərginliyin artması fonunda vəziyyətə nəzarəti davam etdirir.