Bakı. 21 dekabr. REPORT.AZ/ İordaniyada 8 il ərzində ilk dəfə olaraq ali cəza tədbiri icra olunub.
"Report" xəbər verir ki, 11 iordaniyalı törətdikləri müxtəlif qətllərə görə, dekabrın 21-də səhər saatlarında asılaraq edam ediliblər.
Müttəhimlərin milliyəti barədə məlumat yoxdur. Onlar Ali Cinayət Məhkəməsi tərəfindən qətl hadisələrində müqəssir biliniblər.
İordaniyada ölüm hökmü sonuncu dəfə 2006-cı ilin iyun ayında tətbiq edilib.