"Instagram" sosial şəbəkəsində problemlər yaranıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Instagram"ın mövcud olduğu bütün ölkələrdə bu sosial şəbəkənin işində fasilələr yaranıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının iş fəaliyyətinə nəzər salan "Downdetector" servisinin rəsmi saytında məlumat yayılıb.

Problemlərin Bakı vaxtı ilə saat 22:13-dən yarandığı bildirilir.

“Downdetector”-un məlumatına görə, fasilələr İtaliya, İspaniya, Fransa, Hollandiya, Almaniya, Polşa, Ukrayna, Böyük Britaniya, ABŞ və Braziliyada yaranıb. Bu ölkələrdə istifadəçilər sosial şəbəkəyə daxil ola və şəxsi lentlərinə nəzər sala bilməyiblər. 

Digər xəbərlər

Kiyev qaranlığa qərq olub 14 yanvar, 2026 / 04:06