İsveç vətəndaşı İsraildə casusluq etdiyinə görə həbs olunub

Bakı. 9 Avqust. REPORT.AZ/ İsrail İsveç və Livan vətəndaşlığı olan şəxsi "Hizbullah" təşkilatı üçün casusluqda şübhəli bilərək həbs edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 55 yaşlı Həsən Xəlil Xizran iyulun 21-də Ben-Qurion hava limanında saxlanılıb.

Dindirilmə zamanı o, İsrailə casusluq məqsədi ilə gəldiyini etiraf edib. Bundan əlavə, o "Hizbullah"ın onunla necə əlaqə qurması, həmçinin sözügedən şiə təşkilatı ilə əməkdaşlığı barədə danışıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09