İsraildə COVID-19-a yoluxanların sayı 16 minə yaxınlaşır

İsraildə koronavirusa yoluxanların sayı 15 946 nəfərə çatıb.

“Report” xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada ölkədə 76 yeni yoluxma, 3 ölüm hadisəsi qeydə alınıb.

Koronavirusdan ölənlərin ümumi sayı 222-yə çatıb, indiyədək 8 561 pasiyent sağalıb.

Hazırda 7 163 nəfər xəstəxanada müalicə alır. Onlardan 105-nin vəziyyəti ağırdır. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09