İsrail Qəzzəyə raket-bomba zərbələri endirib

Bakı. 24 İyun. REPORT.AZ/ Ötən gün axşamdan başlayaraq, İsrail hərbi təyyarələri Qəzza zolağının şimalına raket-bomba zərbələri endirib.

"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, aviazərbələr "Həmas" təşkilatı üzvlərinin İsrail ərazisinə atdığı raketə cavab olaraq həyata keçirilib.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Digər xəbərlər