İsrail ordusu Qəzzanın şimal hissəsinə zərbələr endirib

Bakı. 12 may. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri Fələstinin Qəzza sektorunun şimal hissəsinə zərbələr endirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Wafa" agentliyi ərazidəki xüsusi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun hədəfləri elektrostansiya, silahlı qruplaşmaların mövqeyi olub. Zərbələr nəticəsində ölənlərin olub-olmadığı barədə məlumat yoxdur.  

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12