İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

Bakı. 20 avqust. REPORT.AZ/ İsrail baş naziri Benyamin Netenyahu avqustun 23-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. “Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Yaxın Şərqdəki vəziyyətin müzakirə olunması gözlənilir.

İsrail hökumət başçısının dəftərxanasından daxil olan məlumata görə, son 2 il ərzində Netenyahu və Putin dəfələrlə görüşərək Suriyada İsrail və Rusiya hərbi-hava qüvvələrinin ola biləcək toqquşmasının qarşısının alınmasını müzakirə ediblər və bu günədək bu uğurlu alınıb.

Kreml hələlik belə görüşün olacağını bildirməyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12