İŞİD "İsrail casusunu" edam edib

Bakı. 11 mart. REPORT.AZ/ İŞİD terror qruplaşması İsrail casusu olduğu iddia edilən 21 yaşlı ərəb gənci edam edib. 

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, internetdə yayılan videoda narıncı paltar geyinmiş Muhammed Said İsmail Musallem adlı gənc casus olduğunu "etiraf edərək" deyir ki, Suriyaya İŞİD-lə bağlı məlumatları toplayıb İsrailə ötürmək üçün gəlib.

Daha sonra 12 yaşlı olduğu ehtimal olunan yeniyetmə "casus"un başını hədəf alır və atəş açır.

Digər xəbərlər

Qalibaf İraqa səfər edəcək 18 avqust, 2026 / 13:30