​İŞİD-ə qarşı beynəlxalq koalisiyanın əlaqələndiricisi vəzifəsindən gedir

Bakı. 23 sentyabr. REPORT.AZ/ İŞİD-ə qarşı beynəlxalq koalisiyanın əlaqələndiricisi general Con Allen vəzifəsindən getməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.

İstefada olan ABŞ generalı bu vəzifədə bir ilə yaxındır çalışır.

Ağ Ev və Dövlət Departamenti onun istefa verəcəyini nə təsdiq, nə də təkzib edib.

Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, yaxın həftələrdə onun yerinə yeni əlaqələndirici təyin ediləcək. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09