Bakı. 11 mart. REPORT.AZ/ İndoneziyada qatar relsdən çıxıb.
"Report" xəbər verir ki, bu barədə "China Daily" "Twitter"də bildirib.
Məlumata görə, hadisə Boqor bələdiyyəsi ərazisində baş verib. Qəza zamanı azı 17 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar Boqorda onlarla qatar reysi ləğv edilib. Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir.