HİV-i kəşf edən nobelçi alim dünyasını dəyişib

İnsanın immunçatışmazlığı virusunun (HİV) kəşfinə görə Nobel mükafatı alan məşhur fransız alimi Lük Montanye vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Liberation" qəzeti məlumat yayıb.

89 yaşlı alim fevralın 8-də Amerika xəstəxanasında dünyasını dəyişib. Ölümün səbəbi dəqiqləşdirilməyib.

Montanye 1983-cü ildə virusoloq Fransuaza Barre-Sinoussi ilə birlikdə HİV-in kəşfinə görə 2008-ci il Nobel mükafatını alıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09