Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Odişa ştatının mərkəzi Bhubanesvarda qeydə alınıb.

Hadisə zamanı həmçinin onlarla insan yaralanıb. Bununla yanaşı, 8 iribuynuzlu mal-qara tələf olub.

Hindistan Meteorologiya Xidməti vətəndaşları xəbərdar edərək, qeyri-sabit havanın sentyabrın 7-ə qədər davam edəcəyini bildirib.

Leysan səbəbindən 7 bölgədə "narıncı", digər bölgələrdə isə "sarı" həyəcan siqnalı verilib.

Digər xəbərlər