Hindistanın şərqindəki Assam ştatında 5,4 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələ məlumat yayıb.
Zəlzələnin episentri 899 000 nəfər əhalisi olan Quvahati şəhərindən 76 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.