Hindistan-Pakistan sərhədində atışma olub, 12 nəfər ölüb

Bakı. 1 noyabr. REPORT.AZ/ Hindistanla Pakistan sərhədinddə sərhədçilər arasında baş verən atışma nəticəsində azı 12 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə son sutkada Cammu və Kəşmir bölgəsində baş verib.

Məlumata görə, Hindistan tərəfi baş verən atışma nəticəsində bölgədə 7 dinc sakinin öldüyünü açıqlayıb. 

Pakistan ordusunun mətbuat xidməti bildirib ki, Hindistan tərəfdən açılan atəş nəticəsində 4 dinc sakin ölüb, 6-sı isə yaralanıb. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09